• cümə, 19 Aprel, 15:41
  • Baku Bakı 25°C

Mübariz Əhmədoğlu: "Ermənistan “İskəndər”ə sahiblik etmək imkanında deyil"

28.09.16 10:57 951
Mübariz Əhmədoğlu: "Ermənistan “İskəndər”ə sahiblik etmək imkanında deyil"
Erməni oliqarxlarının aprel müharibəsindən sonra topladığı vəsaitin hesabına Rusiyadan alınmış "İskəndər” raketləri Ermənistanda böyük ajiotaj yaradıb. Ermənistan cəmiyyəti, o cümlədən rəsmiləri belə təsəvvür edirlər ki, artıq ölümsüz bir vəziyyət yaranıb. Ermənistan Azərbaycana qarşı istənilən addımı ata biləcək. Azərbaycanın Ermənistana qarşı geniş miqyaslı müharibə etmək imkanı yoxdur. Əvvəla, Ermənistanda belə şərhlər bütövlükdə cəmiyyətin, əhalinin Azərbaycana qarşı hansı əhval-ruhiyyəyə kökləndiyini göstərir. və İkincisi, bəlli olur ki, məhz Ermənistana konfliktogen parametrlər lazımdır.
Reallıqda Ermənistan "İskəndər”-i idarə etmək, qorumaq, saxlamaq başqa sözlə, ona sahiblik etmək imkanında deyil.
I.ABŞ istənilən anda Ermənistandakı "İskəndər” raketlərinin sxemini öyrənə bilər. S.Sərkisyanın rəhbərlik etdiyi Ermənistan ABŞ-ın heç bir əmrindən çıxa bilməz. S.Sərkisyanın bütün var-dövləti ABŞ-ın ipoteka fondundadır. Kapitalına təhlükə yaranan kimi S.Sərkisyan ABŞ mütəxəssislərini "İskəndər”-in quruluşunun öyrənilməsinə buraxacaq. Yaxınlarda Rusiya vətəndaşı Ermənistanda heç bir əsas olmadan ABŞ-ın diktəsi ilə həbs olundu.
II. "İskəndər”in yerləşdiyi ərazi hərbi provokasiya baxımından aktual olacaqdır. Hamı çalışır ki, ən azı bir dənə "İskəndər”in buraxılmasını yaxından izləsin. Xüsusən NATO bunda çox maraqlıdır. "İskəndər” hələlik yalnız Rusiyanın ərazisində yerləşə bilər və yalnız Rusiya bu raketlərinin müdafiəsini təmin edə bilər.
III. Rusiya Ermənistan ərazisində "İskəndər” yerləşdirirsə və Suriya məsələsində Ermənistan Rusiyaya əməkdaşlıq təklif edirsə, ki, gələcəkdə Ermənistanın ərazisindən "İskəndər”in Suriyaya atılma ehtimalı yarana bilər. Bu da Ermənistanın ABŞ-la münasibətlərində gərginlik yaradacaqdır.
IV. "İskəndər”in Ermənistan ərazisində yerləşdirilməsi Dağliq Qarabağ müharibəsini daha dağıdıcı edə bilər. Bu müharibəyə əlavə qüvvələr cəlb oluna bilər. Əlavə dövlətlər cəlb olunacağı təqdirdə müharibə şəksiz Rusiyanın ərazisinə keçəcəkdir. Rusiya isə zərrə qədər bunda maraqlı deyil.
V. "İskəndər”in Ermənistanda yerləşdirilməsi təkcə Azərbaycan üçün təhlükə deyil. Türkiyə, İran və Gürcüstan tərəfindən təhlükə kimi qəbul ediləcəkdir. Bu isə Ermənistan üçün əlavə iqtisadi və kommunikativ xarakterli problemlər yarada bilər.
Rusiyanın artıq "İskəndər”i Ermənistandan apardığı barədə artıq sosial şəbəkədə yayılan xəbərə daha ciddi diqqət verməyin vaxtıdır.
O da nəzərə alınmalıdır ki, "İskəndər” güclü dağıdıcı silah deyil, dəqiq vuran silahdır.
Azərbaycanın özünü müdafiə etmək üçün kifayət qədər imkanları var. S-300 ZRK-ları olan dövlətlər üçün "İskəndər” o qədər də qorxulu deyil. S-300 ZRK "İskəndər”in mürəkkəb trayektoriyası bitdikdən sonra düz trayektoriya ilə hərəkət etdiyi vaxtda, yəni hədəfə 50 km qalana qədər onu müəyyən edir. Azərbaycan ən müasir hərbi texnologiyalara malik olan dövlətlərlə əməkdaşlığa üstünlük verməklə problemin həllinə nail ola bilər.
Mübariz Əhmədoğlu
politoloq
banner

Oxşar Xəbərlər