• cümə, 29 Mart, 18:01
  • Baku Bakı 14°C

Mübahisələrə səbəb olmuş kitablar

22.01.18 11:50 1018
Mübahisələrə səbəb olmuş kitablar
Ötən həftə ilin ilk uşaq ədəbiyyatı nümunələrinin işıq üzü görməsi ilə dərin və genişmiqyaslı müzakirələrin də əsası qoyuldu. Uşaqlarımızla irqlər və tolerantlıq haqqında nə vaxtdan danışmağa başlamalıyıq? Bunun üçün bir yaş həddi varmı? Söhbətə necə və haradan başlamaq lazımdır? Birdən yanlış nəsə desəm? Hansı yaşda uşaq bu maarifləndirici söhbətləri düzgün qəbul edər?
Cavab sizdə gizlənibmiş. Əgər siz övladınızdan bu haqda suallar eşidir və artıq danışıb-danışmamaq arasında var-gəl edirsinizsə, deməli, tam vaxtıdır. Bu tip söhbətlərə nə qədər erkən yaşda başlasanız, irəlidəki mərhələlər üçün daha rahat müzakirə platforması hazırlamış olarsınız. "HuffingtonPost” redaktorları başqa irqlərə, dinlərə aid insanlara münasibət və tolerantlıq anlayışı ilə bağlı maarifləndirici söhbətə hazırlaşan valideynlərə kömək edəcək kitablardan ibarət siyahı təqdim edib. Siyahının tam versiyası ilə dərginin elektron ünvanında tanış ola bilərsiniz. Siyahının ilk onluğunu diqqətə çatdırırıq.
· Kris Raçka – "Dərisini təzələmək” ("Skin again”)
· Dunkan Tonat – "Fərqlilik heç vaxt bərabərliyi təmin etmir” ("Separate is never equal”)
· Ellen Levin – "Henrinin azadlıq qutusu” ("Henry’s freedom box”)
· Karen Keytz – "Rənglərimiz” ("Color of us”)
· Liza Mantçev – "Qətiyyən fillər deyil” ("Strictly no elephants”)
· Culies Lester – "Martindən böyük vədlər” ("Martin’s big words”)
· Maykl Hol – "Rəngli qələm ömrü” ("A crayon’s story”)
· Corc Şenon – "Bir ailə” ("One family”)
· Karen Barbur - "İrqlər haqqında danışaq” ("Let’s talk about races”)
· Andrea Deyvis Pinkni – "Piter üçün şeir: Ezra Cek Kitsin əhvalatı və qarlı günün yaranışı” ("A poem for Peter: The story of Ezra Jack Keats and the creation of the snowy day”)
banner

Oxşar Xəbərlər