“Müasir Türkiyə türkcəsinin söz varlığı və imla məsələləri”
Azərbaycan
Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının
təşkilatçılığı ilə "Müasir Türkiyə türkcəsinin söz varlığı və imla məsələləri”
mövzusunda dəyirmi masa keçirilib.
ADU-nun
rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla tədbirdə iştirak edən Hacettepe
Universitetinin professoru Şükrü Haluk Leventi universitetdə görməkdən məmnun
olduğunu bildirib: "Şükrü Haluk Akalın təkcə Türkiyədə deyil, bütün türk
dünyası və Avropa alimləri arasında böyük nüfuza malikdir. Həm praktik dil
uzmanı kimi, həm də internet dilçiliyi, kompyuter dilçiliyi istiqamətləri üzrə
inkişaf prinsiplərini izləyən alim kimi bu gün çox işlər görür. Şükrü Haluk
Akalın dəyərli məsləhətləri və aktiv iştirakı ilə "Türkologiya” dərgisi Amerikada, Avropada tanınan bir dərgiyə çevrilib. Mən Haluk
Akalına Azərbaycanda türkologiya elminin durumu ilə maraqlandığı üçün təşəkkürümü
bildirirəm”.
Daha
sonra Ş.H.Akalın "Çağdaş Türkiye türkçesinin imlası ve söz varlığı üzerine
görüşler” adlı təqdimatla çıxış edib. O, şifahi və yazılı Türkiyə türkcəsinin
tarixi, müxtəlif dövrlərdə bu dildə baş verən inkişaf metodları barədə ətraflı
məlumat verib. Eyni zamanda, qədim Anadolu türkçəsi, Osmanlı türkçəsi və Türkiyə
türkçəsi haqqında danışan Haluk Akalın bu dillərin leksik, qrammatik və
etimoloji xüsusiyyətlərini də geniş şəkildə şərh edib.