• şənbə, 20 Aprel, 02:05
  • Baku Bakı 15°C

Müasir İncəsənət Muzeyində İrina Eldarovanın fərdi sərgisi açılacaq

05.02.17 21:44 933
Müasir İncəsənət Muzeyində İrina Eldarovanın fərdi sərgisi açılacaq
Fevralın 7-də Müasir İncəsənət Muzeyində tanınmış azərbaycanlı rəssam İrina Eldarovanın "Brend kimi kişi” sərgisinin açılışı olacaq.
MuzeydənAZƏRTAC-a bildirilib ki, İrina Eldarovanın "Brend kimi kişi” adlı yeni layihəsi kişi təxəyyülündən doğulmuş və formalaşmış dünyaya daxil olmaq cəhdidir. Rəssam fevralın 22-dək davam edəcək fərdi sərgisi üçün 40-a yaxın müxtəlif formatlı əsərlər yaradıb.
Sankt-Peterburqdakı Repin adına Dövlət Rəssamlıq, Heykəltəraşlıq, Memarlıq İnstitutunun (1975-79-cu illər) və Moskvada yerləşən V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunun (1980-82-ci illər) məzunu İrina Eldarova Moskvada doğulub. Tanınmış rəssam 1995-ci ildən "Caspian Publishing House” beynəlxalq nəşriyyat evinin art-direktorudur, xaricdə, eləcə də MDB ölkələrində keçirilən bir çox sərgilərin iştirakçısıdır. Onun yaradıcılıq fəaliyyətinə rəngkarlıq və qrafika ilə yanaşı, Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın irimiqyaslı nəşriyyat layihələrinin idarəçiliyi də daxildir.
Rəssam Bakıdakı "Xalqlar Dostluğu” metro stansiyasının monumental mərmər pannolarının müəllifidir. O, 2007-ci ildə "Qazaxıstanın dövlət kitabının nəşri” adlı ən yaxşı layihə üzrə ölkənin jurnalistlər cəmiyyətinin mükafatına layiq görülüb.
banner

Oxşar Xəbərlər