• cümə axşamı, 28 mart, 16:31
  • Baku Bakı 16°C

“Müasir Azərbaycan poeziyası“ almanaxı ingilis dilində nəşr olunacaq

08.05.14 13:45 2522
“Müasir Azərbaycan poeziyası“ almanaxı ingilis dilində nəşr olunacaq
Yazıçı-tərcüməçi Kamran Nəzirli "Müasir Azərbaycan poeziyası" almanaxını ingilis dilində nəşrə hazırlamışdır. Almanaxa Azərbaycanın tanınmış və istedadlı şairlərinin şerləri və müəlliflər haqqında məlumatlar daxil edilib. Kitabın redaktoru tanınmış Kanada şairi Patrik Vudkokdur. Məqsəd müasir Azərbaycanın istedadlı şairlərini dünyaya tanıtmaq, müxtəlif nəsillərdən olan yazarların şerlərini xarici oxucuya çatdırmaqdır.
İngilis dilində nəşr olunacaq kitab səfirliklərə, kitabxanalara, beynəlxalq təşkilatlar və şirkətlərə paylanacaq.
Hazırda kitabın redaktə işi tamamlanmaq üzrədir. Kitaba ingilis dilində şerləri gedəcək şairlər aşağıdakı siyahı üzrə daxil edilib:
1. Bəxtiyar Vahabzadə
2. Məmməd Araz
3. Fikrət Qoca
4. Cabir Novruz
5. Ramiz Rövşən
6. Kamal Abdulla
7.Vaqif Bayatlı Odər
8. Zakir Fəxri
9. Umud Rəhimoğlu
10.Vaqif Bəhmənli
11. Ağacəfər Həsənli
12.Kəmalə Abiyeva
13.Əjdər Ol
14.Səlim Babullaoğlu
15.Sona Vəliyeva
16.Salam Sarvan
17.Mahir N. Qarayev
18.Telli Pənahqızı
19.Əbülfət Mədətoğlu
20.Zahir Əzəmət
21. Günel Şamilqızı
22. Fərid Hüseyn
23. Aysel Əlizadə
İngilis dilində nəşr olunacaq Almanaxa ümumilikdə 50 şer daxil edilib. Kitaba ön sözü də yazıçı-tərcüməçi Kamran Nəzirli yazmışdır.
banner

Oxşar Xəbərlər