• cümə, 29 Mart, 19:44
  • Baku Bakı 14°C

Muarem Muarem: “Qarabağ”, qəlbimdə qalacaqsan

15.01.15 15:00 1247
Muarem Muarem: “Qarabağ”, qəlbimdə qalacaqsan
“Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muarem sabah Ağdam klubundan birdəfəlik ayrıla bilər. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi karyerasını “Əskişəhərspor” klubunda davam etdirmək istəyindədi.
Belə ki, həmkarlarımız Muaremin cümə gününə, yəni sabaha kimi “Əskişəhərspor”la rəsmi müqaviləyə qol çəkəcəyini yazırlar. Onun imzalayacağı sözləşmənin detalları hələlik açıqlanmır. Ərtoğrul Sağlamın istefasından sonra baş məşqçi postuna gətirilən almaniyalı Mixael Skibbe də Muaremin adının transfer siyahısında yer aldığını təsdiqləyib.
Maraqlıdı ki, 2012-ci ildən Azərbaycan klubunun şərəfini qoruyan Muarem facebook sosial şəbəkəsindəki səhifəsində “Qarabağ”lı azarkeşlərlə artıq vidalaşıb: “Həyatımın ən gözəl anlarından biri olan “Qarabağ”, qəlbimdə qalacaqsan. “Qarabağ” azarkeşləri, sizi unutmayacam. Bir gün yenə görüşəcəyik!”.
banner

Oxşar Xəbərlər