• cümə axşamı, 28 mart, 17:57
  • Baku Bakı 16°C

Muğam Televiziya müsabiqəsinin qalibləri konsert proqramı ilə çıxış edəcəklər

06.01.18 19:37 1038
Muğam Televiziya müsabiqəsinin qalibləri konsert proqramı ilə çıxış edəcəklər
Fevralın 6-da Heydər Əliyev Sarayında Muğam Televiziya müsabiqəsinin qaliblərinin konserti keçiriləcək.
SaraydanAZƏRTAC-a verilən məlumata görə, konsertdə 2005-2017–ci illər Muğam Televiziya müsabiqəsinin qalibləri və laureatları Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Xətai Hacıyev, Zümrüd Məmmədova, Ramiq Bayramov, Gülnar Qüdrətli, Babək Quliyev, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Sədəf Budaqova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Səma Sultanova, Valid Abdullayev və Nurlan Namazov iştirak edəcəklər.
Musiqili gecədə xanəndələri Əməkdar Artist Sahib Paşazadənin rəhbərliyi ilə "Muğam” instrumental ansamblı müşayiət edəcək.
Konsertdə iştirak etmək istəyənlər biletləriwww.iticket.azsaytından onlayn, şəhərin kassalarından, "ASAN xidmət” və "Gənclik” və "28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərlər.
banner

Oxşar Xəbərlər