AZE | RUS | ENG |


Muğam Televiziya müsabiqəsinin qalibləri konsert proqramı ilə çıxış edəcəklər

Muğam Televiziya müsabiqəsinin qalibləri konsert proqramı ilə çıxış edəcəklər
Fevralın 6-da Heydər Əliyev Sarayında Muğam Televiziya müsabiqəsinin qaliblərinin konserti keçiriləcək.

Saraydan AZƏRTAC-a verilən məlumata görə, konsertdə 2005-2017–ci illər Muğam Televiziya müsabiqəsinin qalibləri və laureatları Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Abgül Mirzəliyev, Rəvanə Qurbanova, Səbinə Ərəbli, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Xətai Hacıyev, Zümrüd Məmmədova, Ramiq Bayramov, Gülnar Qüdrətli, Babək Quliyev, Nisbət Sədrayeva, Məhəbbət Səfərov, Sədəf Budaqova, Almaxanım Əhmədli, Pərviz Qasımov, Rəvanə Əmiraslanlı, Səma Sultanova, Valid Abdullayev və Nurlan Namazov iştirak edəcəklər.

Musiqili gecədə xanəndələri Əməkdar Artist Sahib Paşazadənin rəhbərliyi ilə "Muğam” instrumental ansamblı müşayiət edəcək.

Konsertdə iştirak etmək istəyənlər biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından, "ASAN xidmət” və "Gənclik” və "28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərlər.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6703
GBP 1 İngilis funt sterlinqi 2.3571
TRY 1 Türk lirəsi 0.4447
KWD 1 Küveyt dinarı 5.6549
SEK 1 İsveç kronu 0.2113
EUR 1 Avro 2.0780
CHF 1 İsveçrə frankı 1.7651
USD 1 ABŞ dolları 1.7001