Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq

Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq

Mədəniyyət
19 Avqust 2019, 11:45 8957
Sentyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində "Rast dünyası” adlı konsert proqramı təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə muğam və təsniflər səsləndiriləcək.
"Könül” ansamblının müşayiət edəcəyi konsert çərçivəsində Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanov çıxış edəcəklər.