• cümə, 19 Aprel, 13:37
  • Baku Bakı 25°C

Muğam Mərkəzində “Bayatı-şiraz” dəstgahı səslənəcək

21.06.17 17:55 1761
Muğam Mərkəzində “Bayatı-şiraz” dəstgahı səslənəcək
Beynəlxalq Muğam Mərkəzində reallaşan "Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert iyunun 28-də "Bayatı-şiraz” muğamına həsr olunacaq.
Muğam MərkəzindənAZƏRTAC-a məlumat verilib ki, konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa edilməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də müraciət edəcəklər.
İcrasına cari ilin may ayında "Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti iyunun 30-da "Humayun” və "Şüştər” muğamlarına həsr ediləcək.
banner

Oxşar Xəbərlər