• cümə axşamı, 28 mart, 17:55
  • Baku Bakı 16°C

“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert

23.08.19 18:00 4684
“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert
Avqustun 25-də "Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert proqramı Buzovna qəsəbəsi Ruhulla Axundov adına Mədəniyyət Evində baş tutacaq.
AZƏRTACxəbər verir ki, tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Qeyd edək ki, iyul ayından başlanan layihə ilin sonunadək davam edəcək. Muğamsevərlər tanınmış xanəndələrin ifasında UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib, dərin fəlsəfi aləmi ilə insanları düşündürən muğamları, xalq mahnı və təsnifləri, dəraməndləri, rəngləri dinləyəcəklər. 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü ərəfəsində təşkil ediləcək konsertə Xəzər rayonunun bütün sakinləri dəvətlidir. Layihənin növbəti konsert proqramı 18 sentyabr - Milli Musiqi günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayında keçiriləcək.
banner

Oxşar Xəbərlər