• cümə axşamı, 18 aprel, 05:46
  • Baku Bakı 15°C

“Muğam Dünyası” klubu “Milli Ahəngimiz” adlı konsert proqramı təşkil edib

27.12.17 13:35 1274
“Muğam Dünyası” klubu “Milli Ahəngimiz” adlı konsert proqramı təşkil edib
Muğam Dünyası klubu AzMİU-da "Milli Ahəngimiz” adlı konsert proqramı təşkil edib.

Proqramından öncə AzMİU TGT-nın sədri İlahə Həsənova milli musiqilərimizin gənclər arasında təbliği və bu sahədə dövlət tərəfindən görülən işlərdən danışıb. AzMİU TGT-nın sədri İlahə Həsənova çıxış edərək bildirdi ki, cənab Prezident İlham Əliyev Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir: "Milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir. Ölkə başçısı İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır”.

Sonra söz universitetin tədris işləri üzrə prorektoru Akif Qasımova verilib. Prorektor tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. O qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu dahi rəhbər Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir: "Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi bir dövrü məhz Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur".

Əlilliyi OLan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin nəzdində Muğam Dünyası klubunun sədri Nicat Müslümov çıxış edərək AzMİU-nun rəhbərliyinə dərin təşəkkürünü ifadə edib. AzMİU- üzrə "Muğam Dünyası” klubunun koordinatoru Rüstəm Rəzzaqovun yaxından milli musiqilərimizin gənclər arasında təbliği dəstək olduğunu söyləyib: "Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda olan muğamsevərləri bir araya gətirməkdir”.

Daha sonra çıxış edənlər bildiriblər ki, hazırda "Muğam Dünyası" qrupunun "Facebook”da 48 min üzvü var. Qrupda gündəlik muğamla bağlı məlumatlar paylaşılır, təbliğ edilir.

Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Biz də özümüzə bir azərbaycanlı gənci kimi borc bilib könüllü olaraq "Muğam Dünyası" qrupunu yaratdıq ki, muğamımızı nəyin ki Azərbaycanda, ölkəmizdən kənarda da təbliğ edək. Bizim "Muğam Dünyası" qrupumuz Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır. Səhifəmizdə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatlar öz əksini tapır.


banner

Oxşar Xəbərlər