AZE | RUS | ENG |

“Muğam axşamları” layihəsi yenidən qayıdır

“Muğam axşamları” layihəsi yenidən qayıdır
"Muğam axşamları” layihəsi növbəti dəfə muğamsevərlərin görüşünə gələcək. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzində reallaşacaq layihənin yeni mövsümdə ilk konsert proqramı oktyabrın 11-də "Mahur-hindi” və "Bayatı-kürd” muğamlarına həsr olunacaq.

Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.

"Muğam axşamları” layihəsinin ikinci mərhələsi bu ilin mayında başlanıb. Layihənin ikinci mərhələsinin noyabrın 1-də keçiriləcək növbəti konsertində "Orta mahur” və "Rahab” muğamlarına yer veriləcək. Xatırladaq ki, ötən mövsüm mayın 16-dan iyunun 30-na qədər layihə çərçivəsində tanınmış muğam ustalarının və gənc xanəndələrin ifasında "Rast”, "Şur”, "Segah”, "Çahargah”, "Bayatı-Şiraz”, "Şüştər” və "Humayun” muğamları səsləndirilib.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933