AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Muğam axşamları” layihəsi yeni formatda təqdim olunacaq

“Muğam axşamları” layihəsi yeni formatda təqdim olunacaq

Mədəniyyət
02 İyun 2020, 12:30 531
Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Muğam axşamları” möhtəşəm layihəsi tamaşaçılara yeni formatda təqdim ediləcək.
Bundan sonra mərkəzin canlı konsertləri, həm də "Youtube” kanalı, "Facebook” və "Instagram” səhifələri vasitəsilə yayımlayacaq.
Qeyd edək ki, bu layihə çərçivəsində indiyədək tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizi gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar hər zaman böyük maraq göstəriblər
Artıq 4 ildən çoxdur, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş "Muğam axşamları” layihəsini həyata keçirir.