AZE | RUS | ENG |

"Muğam-2019" Televiziya Müsabiqəsinin doqquzuncu həftəsi başa çatıb

Mayın 7-də və 9-da Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən "Muğam - 2019" VII Televiziya Muğam Müsabiqəsinin doqquzuncu turu tamamlanıb. Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır. Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər. İlk dəfə 2005-ci ildə keçirilmiş həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər. Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir. Doqquzuncu turun mövzusu XIX əsrin görkəmli şairi və maarifçisi Seyid Əzim Şirvaninin qəzəlləri idi. Müsabiqə proqramları başlamazdan əvvəl görkəmli sənətkarlar Xalq artisti Qəndab Quliyeva və Ağababa Novruzovun ifasında Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazıları dinlənilmişdi. Müsabiqə iştirakçılarını müşayiət edirdilər: tarda Rəşad İbrahimov və Rüstəm Müslümov, kamançada Təbriz Yusubov və Elnur Salahov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, udda İdris Hüseynov. Doqquzuncu turun nəticələrinə görə - Hüseyn Səba, Zülfiyyə Cəbrayılzadə, Xəyal Hüseynov, İlahə Rüstəmova, Vəliş Mirzəyev, Türkanə Nəcəfova, Rəvan Qoçayev, Suma Tapdıqova və Murad Rüstəmzadə 63 bal; Faiq Əkbərov və Nəcibə Məmmədova 62 bal; Qələm Qocamanova 57 bal topladılar. Müsabiqənin şərtlərinə görə ən az bal toplayan iştirakçı Qələm Qocamanova yarışmanı tərk etdi. Beləliklə, yarışmanı 11 iştirakçı davam edir. Müsabiqənin onuncu turu may ayının 14-də və 16-da ölkəmizin regionlarında keçiriləcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.897
GEL 1 1 Gürcüstan larisi 0.6169
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1628
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1757
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5848
TRY 1 1 Türkiyə lirəsi 0.2815