• cümə axşamı, 25 aprel, 18:41
  • Baku Bakı 21°C

Müalicə Müəssisəsində məhkum ölüb

05.06.13 17:16 1502
Müalicə Müəssisəsində məhkum ölüb
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.
Ürək-damar xəstəliyindən həmin müəssisədə müalicə alan, 1958-ci il təvəllüdlü Əli Səməd oğlu Səmədov dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ə. Səmədov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilibmiş.
banner

Oxşar Xəbərlər