• cümə, 19 Aprel, 21:01
  • Baku Bakı 24°C

Mtsxeta-Stepantsminda-Larsi yolunda vəziyyət ağır olaraq qalır

18.11.18 16:15 446
Mtsxeta-Stepantsminda-Larsi yolunda vəziyyət ağır olaraq qalır
Gürcüstanı Rusiyaya birləşdirən yeganə avtomagistral olan Mtsxeta-Stepantsminda-Larsi yolunda vəziyyət ağır olaraq qalır.
AZƏRTACGürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinə istinadla xəbər verir ki, yolun Qudauri-Kobi hissəsində dağlıq ərazilərdə qar uçqunu ciddi problemlər yaradıb. Uçqun səbəbindən yolda təmizlik işlərinin aparılması mümkün olmayıb. Ona görə də yolda bütün növ avtomobillərin hərəkətinə qadağa qoyulub.
banner

Oxşar Xəbərlər