• cümə axşamı, 18 aprel, 17:00
  • Baku Bakı 22°C

MTRŞ: Teleradio yayımçılarına verilmiş lisenziyalar müddətsiz hesab olunub

17.01.17 14:40 1069
MTRŞ: Teleradio yayımçılarına verilmiş lisenziyalar müddətsiz hesab olunub
""Mədəniyyət” telekanalı, Araz FM radiosu və yerdə qalan bütün teleradio yayımçılarına verilmiş xüsusi razılıq (lisenziya)sənədlərimüddətsiz hesab edilib”. BunuAPA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.
Onun sözlərinə görə, bütün teleradio yayımçılarına verilmiş xüsusi razılıq (lisenziya)sənədləri"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanının5.1-ci bəndinə əsasən müddətsiz hesab edilib.
Qeyd edək ki, MTRŞ-nın22 oktyabr 2010-cu il tarixli qərarı ilə "Mədəniyyət” telekanalına televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya), 18 yanvar 2011-ci il tarixli qərarı ilə "ARAZ” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.
banner

Oxşar Xəbərlər