• şənbə, 20 Aprel, 14:52
  • Baku Bakı 23°C

MTRŞ “Space”ə xəbərdarlıq etdi

07.07.15 18:07 1491
MTRŞ “Space”ə xəbərdarlıq etdi
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, iclasda “Space” Müstəqil Teleradio Şirkəti tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib.
İclasda “Space” rəhbərinin proqram siyasətində dəyişikliklər etməsi, qanun pozuntusuna yol vermiş işçilər barəsində ciddi tədbirlər görməsi müsbət hal kimi qeyd edilib, “Space” televiziyasında 2015-ci il sentyabr ayından başlayaraq şou xarakterli verilişlərin həcminin azaldılacağı, maarifçilik, mədəni, intellektual xarakterli verilişlərə üstünlük veriləcəyi barədə kanal rəhbərinin vədi nəzərə alınıb.
Eyni zamanda “Space” televiziyasında 30 iyun 2015-ci il tarixdə saat 14.30-da efirə gedən “Günaydın” verilişində proqrama verilmiş tələblərə əməl edilməməsi, 03 iyul 2015-ci il tarixdə saat 11.00-da efirə gedən “Əsl şou” verilişində ədəbsiz ifadələrdən istifadə edilməsi, eyni zamanda 11 may, 12 may, 13 may, 14 may, 15 may, 03 iyun, 08 iyun, 17 iyun, 22 iyun, 24 iyun, 30 iyun, 03 iyul, 05 iyul, 06 iyul tarixlərdə reklamın yayımı ilə bağlı qanunvericiliyin tələblərinin (“Televiziya və radio yayımı haqqında” qanunun 32, 35.4, 35.5,35.7-ci maddələri) pozulmasına görə “Space” Müstəqil Teleradio Şirkətinə xəbərdarlıq elan edilib.
banner

Oxşar Xəbərlər