• çərşənbə, 24 Aprel, 08:27
  • Baku Bakı 13°C

MTRŞ “Space” və İTV-yə xəbərdarlıq edib

10.02.14 15:16 1313
MTRŞ “Space” və İTV-yə xəbərdarlıq edib
Bu gün 2014-cü il tarixdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dan APA-ya verilən məlumata görə, İclasda “İctimai Televiziya və Radio Yayımları Şirkəti” və “Space Müstəqil Tele-radio Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
MTRŞ-nın qərarına əsasən, “Televiziya və radio yayımı haqqında” qanununun 35.2, 35.7, 35.8-ci maddələrinin tələblərini pozduğuna görə “İctimai Televiziya və Radio Yayımları Şirkətinə, “Televiziya və radio yayımı haqqında” qanunun 35.7-ci maddəsinin tələblərini pozduğuna görə isə “Space Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edilib.
banner

Oxşar Xəbərlər