• çərşənbə axşamı, 23 aprel, 10:32
  • Baku Bakı 20°C

MTRŞ sədri: İndiyədək qanun pozuntusu qeydə alınmayıb

30.03.18 16:10 617
MTRŞ sədri: İndiyədək qanun pozuntusu qeydə alınmayıb
İndiyədək televiziya kanallarında seçki təbliğatı ilə bağlı qanun pozuntusu qeydə alınmayıb. Bu barədə sechki-2018.az saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib.
MTRŞ-in televiziya kanallarında seçki təbliğatının monitorinqini apardığını bildirən N.Məhərrəmli deyib: "İndiyədək bizə televiziya kanallarında aparılan seçki təbliğatı ilə bağlı qanun pozuntusunun olmasına dair hər-hansı məlumat daxil olmayıb”.
Qeyd edək ki, prezidentliyə namizədlər üçün İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz efir vaxtı ayrılıb. Bununla yanaşı, özəl telekanallar əvvəlcədən Mərkəzi Seçki Komissiyasına müraciət etməklə prezidentliyə namizədlərin ödənişli təbliğatını apara bilərlər.
banner

Oxşar Xəbərlər