• cümə, 26 Aprel, 17:07
  • Baku Bakı 23°C

MTRŞ sədri ATV-də göstərilən “xəyanət videosu”ndan danışdı

13.03.14 12:18 971
MTRŞ sədri ATV-də göstərilən “xəyanət videosu”ndan danışdı
Milli Televiziya və Radio Şurasının sədri (MTRŞ) Nuşirəvan Məhərrəmli Modern.az-a bildirib ki, məsələ diqqətə saxlanılır və hüquqi müstəvidə baxılacaq. Onun sözlərinə görə, əgər qanun pozuntusu varsa lazımi tədbirlər görüləcək. “Şura sədri və sadə bir vətəndaş kimi mən də bu cür sosial problemi olan, fiziki cəhətdən qüsurlu insanlar, ümumiyyətlə insanlar üzərində şou yaratmağı pisləyirik. Biz bu cür verilişlərin Azərbaycan efirində olmasını istəmirik. Çox təəssüf ki, televiziya kanallarında özlərinə dırnaqarası reytinq qazanan aparıcılar, eləcədə kanal rəhbərliyi doğru yolda deyillər. Bura Avropa və ya başqa ölkələr deyil ki, hər bir şeyi açıq şəkildə yaysınlar”.
ATV-də yayımlanan “Ümid var” verilişinə qadağanın qoyulması məsələsinə gəlincə isə MTRŞ sədri bildirdi ki, onların belə səlahiyyəti yoxdur. “Bununla bağlı dəfələrlə məsələ qaldırmışıq. Başqa ölkələrdə bu tip verilişlərlə bağlı qanunvericilik formasında Şuraya səlahiyyətlər verilir. Təəssüflər olsun ki, Azərbaycanda bu yoxdur. Məsələn qonşu Türkiyədə və başqa ölkələrdə bu cür verilişlər varsa Teleradio Şuraları onları müəyyən müddətə bağlaya bilir. Amma bizim Teleradio Yayımı haqqında qanunda bu yoxdur. Bu müddəa ilə bağlı dəfələrlə müvafiq instansiyalara təklif olunub. Təəssüflər olsun ki, hələ ki, bu təklif qəbul olunmayıb”.
banner

Oxşar Xəbərlər