• cümə, 26 Aprel, 21:35
  • Baku Bakı 22°C

MTRŞ ATV telekanalına xəbərdarlıq edib

10.07.18 18:20 527
MTRŞ ATV telekanalına xəbərdarlıq edib
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, iclasda ATV telekanalı tərəfindən"Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib.O qeyd edib ki, ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi "10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışındaədəbsiz ifadələrdən, sözlərdənistifadə olunduğuna görə "Azad Azərbaycan MüstəqilTeleradio Kompaniyası”na xəbərdarlıq elan olunub.
banner

Oxşar Xəbərlər