• şənbə, 27 Aprel, 03:19
  • Baku Bakı 14°C

MTRŞ “Adam içində”, “Ümid var” və “Üz-üzə”ni müzakirəyə çıxardı

14.03.14 15:36 1038
MTRŞ “Adam içində”, “Ümid var” və “Üz-üzə”ni müzakirəyə çıxardı
Milli Televiziya və radio Şurasının bu gün keçirilən iclasında “ANS” telekanalında yayımlanan “Adam içində”, “Azad Azərbaycan” telekanalında yayımlanan “Ümid var” və “Space” telekanalında yayımlanan “Üz-üzə” verilişlərində milli-mənəvi dəyərlərə zidd, əxlaq normalarına uyğun olmayan mövzuların müzakirəyə çıxarılması və bununla bağlı süjetlərin yayımlanması müzakirə edilib.
Şuradan Lent.az-a verilən məlumata görə, bu tipli verilişlərin yayımlanmasının ictimaiyyət arasında haqlı narazılığa səbəb olduğu vurğulanıb, insanların şəxsi və ailə həyatı ilə bağlı olan, ümumilikdə isə Azərbaycan cəmiyyəti və mənəviyyatı üçün səciyyəvi olmayan bəzi neqativ faktların şişirdilərək təkrar-təkrar gündəmə gətirilməsi yolu ilə şou yaradılması və süni reytinq qazanmaq cəhdlərinin həm qanunvericiliyin tələbinə, həm də əxlaq normalarına zidd olduğu qeyd edilib.
Milli Televiziya və Radio Şurası tərəfindən telekanal rəhbərlərinə gələcəkdə öz proqram siyasətlərini tənzimləyərkən cəmiyyətdə formalaşmış ictimai rəyin nəzərə alınması, bu cür hallara daha həssaslıqla yanaşılması tövsiyə edilib.
banner

Oxşar Xəbərlər