• şənbə, 20 Aprel, 01:24
  • Baku Bakı 15°C

MTRŞ 2 milyon manatı 6 özəl televiziya arasında böldü

19.05.16 16:07 1159
MTRŞ 2 milyon manatı 6 özəl televiziya arasında böldü
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikasında özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli Sərəncamına uyğun olaraq teleradio yayımçılarına maliyyə yardımının ayrılması məsələsi müzakirə olunub.


2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 2 (iki) milyon manatvəsaitin ümumrespublika özəl televiziya yayımçılarına (ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV) bərabər şəkildə ayrılması barədə qərar qəbul edilib.
banner

Oxşar Xəbərlər