• cümə, 26 Aprel, 16:19
  • Baku Bakı 23°C

MTN keçmiş nazirin həbsinə rəsmi münasibət bildirdi

12.08.13 15:19 1513
MTN keçmiş nazirin həbsinə rəsmi münasibət bildirdi
Milli Təhlükəsizlik Nazirliyi keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin həbsinə aydınlıq gətirilib. MTN İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-nın sorğusuna cavabında bildirib ki, Azərbaycan Respublikasının vətəndaşı Quliyev Nicat Əmir oğlu Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə , satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub.
N. Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bəzi KİV-in yaydığı məlumata görə, MTN əməkdaşları N. Quliyevi bağ evində saxlayıblar, bağ evində avtomat və qumbaralar, maşınından tapança tapılıb. Onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
N. Quliyev 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşodzenin müşaviri postunda çalışıb.
Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.
N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.
banner

Oxşar Xəbərlər