AZE | RUS | ENG |


"MTN işi": "Dedilər ki, 200 000 manat verməsəm, işləməyə qoymayacaqlar"

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi Sübahir Qurbanov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən Ələddin İbadov ibtidai istintaqa ifadəsində bəzi maraqlı məqamlara toxunub.
 
APA-nın əldə etdiyi məlumata görə, o, ifadəsində bildirib ki, 2014-cü ilin dekabrın sonunda MTN-in əməkdaşı Natiq Alıyev adını xatırlamadığı tanışı vasitəsi ilə görüşmək istəməsi barədə xəbər göndərib. Onlar keçmiş «Semaşko» xəstəxanasının qarşısında görüşüblər. Natiq Alıyev MTN-in inzibati binasının yaxınlığında yerləşən «Sultan» kafesinə gedib kabinetlərdən birində oturmağı təklif edib. Natiq Alıyevin yanında tanımadığı daha dörd MTN əməkdaşı olub. Natiq Alıyev söhbət zamanı ona özünü MTN-in şöbə rəisi kimi təqdim edib «sənin bütün dövriyyəni, alver etdiyin şəxslərin adlarını, nə vaxt, hansı miqdarda mal gətirdiyini, kimlərlə görüşdüyünü bilirik» deyib. Bir qədər sonra MTN-in şöbə rəisi Fizuli Əliyev də həmin kabinetə gələrək ona «kassaya pul atmalısan» deyib, başqa heç bir söz demədən çıxıb gedib.

F. Əliyev getdikdən sonra Natiq Alıyev ona «200 000 manat verməlisən, verməsən, sənə işləməyə imkan verməyəcəyik» dedikdə o, həmin məbləğdə pulunun olmadığını bildirib. N. Alıyev isə nə qədər pul verə biləcəyini soruşduqda cəmi 50 000 manat verə biləcəyini deyib. Lakin Natiq Alıyev onunla razılaşmayaraq «nə danışırsan mən bu pulu rəhbərliyə deyə bilmərəm, məbləğ ən azı 100 000 manat olmalıdır» deyib.
 
O, 100.000 manata gücünün çatmayacağını bildirdikdə, N. Alıyev «özün bilərsən, ya 100 000 manat verməlisən, ya da biz sənin bütün əlaqələrini bilirik, dövriyyənə nəzarət edirik, səni həbs edərik» deyib, nə qədər yalvarsa da, Natiq Alıyev aşağı məbləğə razılaşmayıb.
 
Ə. İbadov MTN-in əməkdaşlarının onu ilişdirib tutacaqlarından qorxduğundan 100 000 manatla razılaşıb və 26.12.2014-cü il tarixdə 100 000 manatı razılaşdıqları kimi, günorta saat 14 radələrində MTN-in binasının yanındakı «Sultan» kafesində, kabinetlərdən birində Füzuli Əliyev və Natiq Alıyevə verib. Pulu aldıqdan sonra Natiq Alıyev ona «mən sənin dövriyyəni və illik gəlirini ilin sonunda yoxlayıb həmin məbləğdən 2 faizini alacağam» deyib. Ə. İbadov isə Natiq Alıyevə belə olduğu təqdirdə, daha bundan sonra fəaliyyətini dayandırıb, işləməyəcəyini bildirib.
 
Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova,  həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Həmin iş üzrə məhkəmənin hazırlıq iclası yanvarın 19-da başlayacaq. İşə Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Yasamal rayon Məhkəməsində baxılacaq.
 
Təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
 
Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022