• şənbə, 20 Aprel, 05:41
  • Baku Bakı 15°C

MTN-in intihar etmiş polkovnikinin əmlakı üzərindən həbs götürülməyib

30.11.17 14:40 3682
MTN-in intihar etmiş polkovnikinin əmlakı üzərindən həbs götürülməyib
Bakı Hərbi Məhkəməsi ləğv edilmişMilli Təhlükəsizlik Nazirliyinin (MTN) Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik leytenant Rafiq Səfərovun əmlakı ilə bağlı da qərarı açıqlayıb.
APA-nın xəbərinə görə, MTN generalıElçin Quliyevvə Azər Mehdiyevə elan olunan hökmdə göstərilib ki, Rafiq Səfərovun Mərdəkan qəsəbəsində yerləşən 250 min manat dəyərində mülkü cinayət yolu ilə əldə edildiyindən əmlakın üzərindən həbs götürülməməlidir.
Həmçinin, həbs olunduqdan sonra istintaq təcridxanasında İntihar etmiş MTN polkovniki İlqar Əliyevin də əmlakının üzərində həbs götürülməyib.
R. Səfərov MTN generalının işində şahid qismində tanınıb.
Qeyd edək ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə hökm oxunub. Hökmə əsasən,Elçin Quliyev10 il 6 ay, Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
banner

Oxşar Xəbərlər