• cümə, 29 Mart, 01:32
  • Baku Bakı 7°C

MTN erməni saxtakarlığına qarşı səfərbərliyə çağırdı

23.04.14 11:07 1317
MTN erməni saxtakarlığına qarşı səfərbərliyə çağırdı
Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda erməni saxtakarlığı ilə mübarizə sahəsində Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi və digər təşkilatlarla qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərir.
APA-nın xəbərinə görə, bunu Milli Təhlükəsizlik Nazirliyinin aparat rəhbəri Fərhad Vahabov “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş “Mədəni irsin qorunması və erməni saxtakarlıqları” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O, erməni diasporunun 200 ildir təşkilatlanmış şəkildə mübarizə apardığını söyləyib: “Biz bunu tədricən sındırmağa çalışırıq. Müəyyən nailiyyətlər də var. 2005-ci ildə erməniçiliklə mübarizənin vəziyyətinə dair monitorinq aparılıb. 2005-ci ildə erməniçiliklə mübarizə 5%-in 95%-ə nisbətində idisə, 2011-ci ildə bu rəqəm 35%-in 65%-ə olub. Bu, böyük sıçrayış və qələbə idi. Bu, Azərbaycan ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının əlaqədar təşkilatlarla birgə apardığı mübarizənin nəticəsidir. Minlərlə kitab çap olunub, disklər, filmlər hazırlanıb və hər yerdə mübarizə aparılır. Bu işlərdə Heydər Əliyev Fondu və digər nazirliklər çox önəmli rol oynayırlar. Əlbəttə, bu işi dayandırmaq olmaz və bundan sonra daha mütəşəkkil şəkildə, səfərbər olaraq mübarizəni genişləndirməliyik”.
banner

Oxşar Xəbərlər