AZE | RUS | ENG |

MTN əməliyyat keçirdi: tutulanlar var

MTN əməliyyat keçirdi: tutulanlar var
Milli Təhlükəsizlik Nazirliyi saxta pul fırıldaqçılarını cinayət başında yaxaladı

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində ölkənin maliyyə-pul sisteminə ciddi təhlükə yaradan saxta ödəniş vasitələrinin qeyri-qanuni tədavülə buraxılmasının qarşısı alınıb.

Azərbaycan Respublikasının vətəndaşı Ağasənov Çingiz Müseyib oğlu cinayət başında yaxalanıb.

Bu barədə APA-ya MTN-in İctimai əlaqələr mərkəzindən daxil olan məlumatda bildirilir.

Müəyyən edilib ki, Çingiz Ağasənov və qeyriləri satış məqsədi ilə Türkiyə Respublikasında əldə etdikləri külli miqdarda saxta xarici valyutanı satış məqsədi ilə Azərbaycan Respublikasına gətiriblər. Çingiz Ağasənovun yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsindəki evinə keçirilmiş baxış nəticəsində 137 ədəd saxta 100 ABŞ dolları əsginasları aşkar edilərək götürülüb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.2-ci (satış məqsədilə külli miqdarda saxta xarici valyuta əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb. Ağasənov Çingiz Müseyib oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219