• cümə axşamı, 25 aprel, 18:32
  • Baku Bakı 21°C

MTN-dən Pərviz Həşimli ilə bağlı – Açıqlama

18.09.13 16:54 1140
MTN-dən Pərviz Həşimli ilə bağlı – Açıqlama
Milli Təhlükəsizlik Nazirliyi (MTN) “Bizim yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin saxlanmasına aydınlıq gətirib.
MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının vətəndaşları - Həşimov Pərviz Kamran oğlu və Qurbanov Təvəkkül Zəkəriyyə oğlu Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilindiklərinə görə 2013-cü il sentyabrın 17-də tutulublar.
Pərviz Həşimov və Təvəkkül Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin 18 sentyabr 2013-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.
banner

Oxşar Xəbərlər