• çərşənbə axşamı, 23 aprel, 12:12
  • Baku Bakı 24°C

MSK yeni seçki dairələrinin yaradılmasına aydınlıq gətirib

14.10.14 11:18 897
MSK yeni seçki dairələrinin yaradılmasına aydınlıq gətirib
Mərkəzi Seçki Komissiyası (MSK) yeni yaradılan 44, 41 və 50 saylı seçki dairələri ilə bağlı məsələyə aydınlıq gətirib.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, MSK seçki dairələri və məntəqələrin seçicilərin sayının təmsilçilik normasına uyğunlaşdırılması, seçicilərin və digər seçki subyektlərinin hüquqlarının həyata keçirilməsinə daha səmərəli və rahat şərait yaradılması, həmçinin bəzi bələdiyyələrin ərazilərinin dəyişdirilməsinə səbəb olmuş normativ hüquqi aktların qəbul edilməsi ilə əlaqədar bir sıra seçki dairələrində yenidən dəyişikliklər edilməsinə qərar verib.
41 saylı Sumqayıt birinci seçki dairəsi ləğv edilərək onun bazasında 44 saylı Sumqayıt-Xızı seçki dairəsi, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi ləğv edilərək onun bazasında 41 saylı Sumqayıt birinci seçki dairəsi və 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi ləğv edilərək onun bazasında 50 saylı Abşeron-Qobustan seçki dairəsi yaradılıb. Eləcə də bir sıra seçki dairələrinin hüdudlarında, dislokasiyalarında və qrafik təsvirlərində müvafiq dəyişikliklər edilib.
Beləliklə, 3 seçki dairəsinin ləğv edilməsi və 3 yeni seçki dairəsinin yaradılması sayəsində Azərbaycanda seçki dairələrinin ümumi sayı (125 seçki dairəsi) dəyişməyib.
banner

Oxşar Xəbərlər