AZE | RUS | ENG |

MSK üzvü: Seçicilərin seçki hüququ tam təmin olunacaq

MSK üzvü: Seçicilərin seçki hüququ tam təmin olunacaq
Sechki-2018.az saytı Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazovun müsahibəsini təqdim edir:

- İlkin müəllim, aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Seçki prosesinə start veriləndən indiyə qədər baş verənləri nəzərdən keçirsək, Azərbaycanda seçki mühitini necə dəyərləndirmək olar?
- Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilər prosesi və həyata keçiriləcək işlərin "Təqvim Planı”nı təsdiq edilib. Həmin "Təqvim Planı”nına əsasən namizədlər irəli sürülüb və 8 namizəd qeydə alınıb. MSK öz səlahiyyətləri çərçivəsində həmin namizədlərə bərabər şərait yaradıb. Belə ki, namizədlərə öz təbliğat və təşviqatlarını aparmaqdan ötrü 84 açıq və qapalı yerlər ayrılıb. Bu, təşviqat aparmaq üçün daimi yerlərdir. Həmin yerlər respublikanın bütün coğrafiyasını əhatə edir. Bundan əlavə MSK tərəfindən bütün seçki subyektlərini əhatə edəcək geniş miqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib. Bunlardan xüsusilə dairə seçki komissiyaları (DSK) sədrləri, aşağı seçki komissiyaları üçün yerlərdə keçirilən üç günlük maarifləndirmə tədbirlərini və bütün respublikanı əhatə edən treninqləri qeyd etmək olar. Bundan əlavə MSK müşahidəçilər, KİV nümayəndələri eləcə də aşağı seçki komissiyalarının üzvləri üçün yaddaş kitabçaları dərc edib. Qeyd etmək lazımdır ki, müşahidəçilər üçün yaddaş kitabı üç - Azərbaycan, rus və ingilis dilində çap olunub. Bunların rus və ingilis dilində dərc olunmasının əsas səbəbi beynəlxalq müşahidəçilərin 2018-ci il aprelin 11-də keçiriləcək seçkilərə marağından irəli gəlir. Belə ki, artıq 383 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Onlar 37 beynəlxalq təşkilatı təmsil etməklə 49 ölkənin vətəndaşlarıdır. Artıq ATƏT-in uzunmüddətli müşahidə missiyası da fəaliyyətdədir və onlar burada öz müşahidələrini aparırlar. Qısamüddətli müşahidəçilərin gəlişi də gözlənilir. Seçki Məcəlləsinin tələbinə əsasən seçki komissiyalarının fəaliyyəti aşkar olunmalı və ictimaiyyətə açıq olmalıdır. Bu səbəbdən də MSK tərəfindən seçki məntəqələrində 1000 ədəd veb-kamera quraşdırılıb. Bu veb-kameraların qurşadırılması, onlardan istifadə qaydaları MSK tərəfindən təsdiq edilmiş təlimata əsasən nizamlanır. Bu veb-kameraların qurşadırılması aşkarlıq prinsipinin bərqərar olmasında çox mühüm rol oynayır. Dünyanın istənilən yerindən onlayn (online) arası kəsilmədən səsvermə prosesini izləmək mümkün olacaq.

- İşğal altında olan ərazilərimizdə seçkilərin təşkili necə həyata keçiriləcək?
- Bizim məcburi köçkünlərin səsvermə hüququ bundan əvvəlki seçkilərdə olduğu kimi aprelin 11-də keçiriləcək prezident seçkilərində də təmin olunacaq. Onların səsverməsi üçün dairələr vardır. Məcburi köçkünlər həmin məntəqələrdə konstitusion hüququ olan seçki hüququndan istifadə edəcəklər və öz iradələrini seçkilərdə bildirəcəklər.

- Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə yaşayan və yaxud müvəqqəti olaraq xarici ölkələrə ezam olunan bəzi soydaşlarımız var ki, onların səsvermə hüququ hansı formada təşkil ediləcək. Bu istiqamətdə MSK nə kimi işlər görüb?
- Seçki Məcəlləsinin tələbinə əsasən prezident seçkiləri və referendum zamanı ölkə hüdudlarından kənarda səsvermə məntəqələri yaradılır. Həmin məntəqələr Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində Azərbaycan vətəndaşlarının səsverməsi üçün yaradılır. Bu məntəqələr prezident seçkiləri ilə əlaqədar da mövcuddur. Onlar üçün bütün şərait yaradılıb. Onu da qeyd etmək istəyirəm ki, səsvermə günü səs verəcək məntəqədə məntəqə ərazisində olmayan seçicilərin də səsverməsi üçün Seçki Məcəlləsində müəyyən edilmiş qaydada qeydiyyatdan çıxma vəsiqələri sənəd kimi mövcuddur. Seçicilər həmin vəsiqəni məntəqə seçki komissiyalarından alaraq respublikadan kənarda olmaqla yanaşı respublika ərazisində də səs verə bilərlər.

- Hər zaman olduğu kimi bu dəfəki seçkilər də həm yerli, həm də xarici mətbuatın diqqət mərkəzindədir. MSK KİV-lə əlaqələri necə qurub?
- Bildiyiniz kimi MSK bu yaxınlarda Kütləvi İnformasiya Vasitələri (KİV) ilə birgə tədbir keçirdi. Həmin tədbirdə KİV-lərin seçkilərdə rolu, onların hüquq və vəzifələri mövzusunda müzakirələr aparıldı. Ümumiyyətlə, KİV-lərin səsvermə prosesini işıqlandırmasında rolu mühüm əhəmiyyətə malikdir. Onların səsvermə prosesində iştirakları birbaşa qanunvericiliklə tənzimlənir. Beləki Seçki Məcəlləsinin müddəalarına əsasən KİV-in səsvermə prosesini tam işıqlandırmaq, cəmiyyətə çatdırmaq kimi hüquqları var. Təbii ki, bununla bağlı da MSK tərəfindən KİV nümayəndələri üçün yaddaş kitabçası dərc olunub.

- Son olaraq, qapalı tipli müəssisələrdə seçkilər prosesi hansı formada həyata keçiriləcək?
- Xatırladım ki, MSK Ədliyyə Nazirliyinin Pentensiar Xidməti ilə birgə geniş maarifləndirmə tədbiri keçirib. Azadlıqdan məhrumetmə yerlərində olan seçicilərin də konstitusion hüququ olan seçki hüququ tam təmin olunacaq. Yəni həmin müəssisələrdə səsvermə prosesi təşkil olunacaq. Beləliklə orada olan şəxslər də öz səsvermə hüququndan istifadə edəcəklər. MSK bununla bağlı qanunvericiliyin tələblərinə əsasən lazımi addımlar atır.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6911
GBP 1 İngilis funt sterlinqi 2.3703
TRY 1 Türk lirəsi 0.4144
KWD 1 Küveyt dinarı 5.6584
SEK 1 İsveç kronu 0.1997
EUR 1 Avro 2.0763
CHF 1 İsveçrə frankı 1.7381
USD 1 ABŞ dolları 1.7000