• çərşənbə axşamı, 19 mart, 09:31
  • Baku Bakı 8°C

MSK sədri Rusiyaya səfər edib

21.09.17 11:50 1867
MSK sədri Rusiyaya səfər edib
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sentyabrın 21-də Moskvada keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə Rusiya Federasiyasına səfər edib.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindənAPA-ya verilən məlumata görə, "Çoxqütblü dünya şəraitində müasir seçki tendensiyaları” mövzusunda keçirilən və seçki idarəetmə qurumlarının, beynəlxalq təşkilatların rəhbərlərinin də qatıldığı tədbir bütövlükdə seçkilərlə əlaqədar bır sıra məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M. Pənahovun rusiyalı həmkarı ilə yanaşı, müxtəlif ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
MSK sədrini qurumun katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.
banner

Oxşar Xəbərlər