• çərşənbə axşamı, 23 aprel, 12:37
  • Baku Bakı 24°C

Prezidentliyə namizədlik vəsiqəsi İlham Əliyevə təqdim edilib - Fotolar

05.03.18 12:25 935
Prezidentliyə namizədlik vəsiqəsi İlham Əliyevə təqdim edilib - Fotolar
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasını sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsiniİlham Əliyevə təqdim edib.

APA-nın məlumatına görə, M. Pənahov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı qeydə alınmış ilk namizəd kimiİlham Əliyevə təbriklərini çatdırıb və namizədlik vəsiqəsini ona təqdim edib.

Dövlət başçısı qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan Respublikasının qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə və bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib, Mərkəzi Seçki Komissiyasının işinə uğurlar arzulayıb.
Seçkilərə hazırlıq işlərinin lazımi səviyyədə həyata keçirildiyini vurğulayan M. Pənahov seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün bütün şəraitin yaradılması ilə bağlı Azərbaycan Respublikası vətəndaşlarının konstitusion hüquqlarının qarantı kimi Prezidentİlham Əliyevə minnətdarlığını bildirib.





banner

Oxşar Xəbərlər