• cümə axşamı, 28 mart, 20:48
  • Baku Bakı 13°C

MSK sədri ATƏT DTİHB, ATƏT PA və AŞPA-nı konstruktiv əməkdaşlığa dəvət edib

15.04.18 15:19 833
MSK sədri ATƏT DTİHB, ATƏT PA və AŞPA-nı konstruktiv əməkdaşlığa dəvət edib
"ATƏTDemokratik Təsisatlar və İnsan Haqları Bürosu,ATƏTParlament Assambleyası vəAvropa ŞurasıParlament Assambleyasının müşahidə missiyalarının iradları əsassızdır".
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında MSK sədrinin müavini Natiq Məmmədov bildirib.
MSK sədrininATƏTDemokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏTDTİHB),ATƏTParlament Assambleyası (ATƏTPA) vəAvropa ŞurasıParlament Assambleyasının (AŞPA) prezident seçkiləri ilə bağlı ilkin faktlar və nəticələr haqqında bəyanatına münasibət bildirən N. Məmmədov deyib ki, hesabat kimlərinsə fikrinə əsasən hazırlanıb: "Biz seçki məntəqələrində veb-kameraların sayını artırmalıyıq ki, onların da bura gəlməsinə ehtiyac qalmasın, dünya seçkiləri kənardan izləsin. Yoxsa niyə bura gəlib, bu qədər bizim vaxtımızı alırlar. 2,8 faiz məntəqədə bu qədər az qüsur tapıblarsa, bu da seçkinin yüksək səviyyədə keçirildiyini göstərir. Niyə müşahidə missiyası nöqsanlar olan seçki məntəqələrinin adlarını gizlədir? Həmin məntəqələri açıqlasalar, biz də o məntəqələrdə seçki komissiyalarına maarifləndirmə tədbirləri keçirərdik".
MSK sədri Məzahir Pənahov isə beynəlxalq təşkilatlarla əməkdaşlığın konstruktiv olmalı olduğunu vurğulayıb: "Ümumi şəkildə söylənən fikir tam ədalətsizdir. Ola bilər ki, hansısa seçki məntəqəsində komissiya yaxşı işləməyibsə, bunu ümumi işə şamil etmək düzgün deyil. Niyə nöqsanların müşahidə edildiyini bildirən məntəqələr açıqlanmır? Biz də həmişə deyirik ki, konstruktiv əməkdaşlıq istəyirik, ancaq qarşılığını görmürük".
MSK sədri nəzərə çatdırıb ki, Azərbaycan xalqı üçün ən qiymətli müstəqillikdir və xalqımız da bu müstəqilliyi müdafiə edir: "Azərbaycanda keçirilən seçkilərin qarantı ölkənin prezidentidir. Məhz ona görə də Seçki Məcəlləsinə və qanunvericiliyin tələblərinə baxılsa, seçki komissiyalarının fəaliyyətinə şərait yaradılmasına məsul icra qurumlarıdır və icra qurumlarına da prezident başçılıq edir. Bu, heç bir siyasi məna daşımır, digər inkişaf etmiş ölkələrdə də məhz icra qurumları seçkinin təşkilinə məsuliyyət daşıyır. Seçki məntəqələrinin 20 faizində veb-kameraların quraşdırılması da bu siyasi iradənin təzahürüdür".
MSK sədri təxribatların qarşısının alınmasında roluna görə hüquq-mühafizə orqanlarına və veb-kameraların fasiləsiz məntəqələrdən görüntü ötürməsini təmin etdiyi üçün Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkür edib.
banner

Oxşar Xəbərlər