• şənbə, 20 Aprel, 19:43
  • Baku Bakı 24°C

MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək

22.02.20 11:08 801
MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək
Mərkəzi Seçki Komissiyası (MSK) gələn həftəMilli Məclisə keçirilən seçkilərə yekun vuracaq.
"Report”un xəbərinə görə,Seçki Məcəlləsinin 171.2 maddəsinə əsasən, MSK səsvermə günündən ən geci20 günkeçənədək seçkilərin nəticələrini yoxlamalı və yekun vurmalıdır.
Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar bu müddətfevralın 29-dabaşa çatır.
MSK seçkilərin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra24 saatmüddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
banner

Oxşar Xəbərlər