• şənbə, 20 Aprel, 01:13
  • Baku Bakı 15°C

MSK Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verdi

13.10.14 17:09 1060
MSK Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verdi
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Yeni Azərbaycan Partiyası icra katibinin müavini, IV çağırış Milli Məclisin deputatı Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verilməsi məsələsini müzakirəyə çıxarıb.
APA-nın məlumatına görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir. M. Qurbanlı prosedura müvafiq olaraq MSK-ya müraciət edib.
MSK üzvü Akif Qurbanov bildirib ki, bununla Milli Məclisdə 5 yer boş qalacaq. O, MSK-nın bu yerlərə seçki keçirilməsi üçün təşəbbüslə çıxış etməsini zəruri sayıb.
M. Qurbanlının deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
banner

Oxşar Xəbərlər