• cümə axşamı, 25 aprel, 11:07
  • Baku Bakı 14°C

MSK katibi: Namizədlərin təşviqat aparması üçün bərabər şərait yaradılıb

19.03.18 16:00 397
MSK katibi: Namizədlərin təşviqat aparması üçün bərabər şərait yaradılıb
Təbliğat-təşviqat kampaniyasında bütün namizədlər üçün bərabər şəraitin yaradılması qanunvericiliyin tələbidir. Mərkəzi Seçki Komissiyasıbu tələbi təmin edəcək. Bunu sechki-2018.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
MSK katibi bildirib ki, bütün seçki məntəqələrində təşviqat materiallarının yerləşdirilməsi üçün yerlər ayrılıb: "Bu gündən etibarən namizədlər onlar üçün nəzərdə tutulan yerlərə öz materiallarını yerləşdirə bilərlər. Seçicilərlə görüş üçün konkret yerlərin siyahısı dərc olunub. Hər bir namizəd dairə seçki komissiyasına məlumat verməklə, həmin siyahıdakı istənilən yerdə seçicilərlə görüşə bilər”.
MSK katibi namizədlərə pulsuz efir vaxtının veriləcəyini də qeyd edib.
O deyib: "Namizədlər pulsuz efir vaxtından istifadə edə və rəsmi qəzetlərdə ödəniş etmədən öz platformalarını yayımlaya, eləcə də MSK-da qeydiyyatdan keçmiş media orqanlarında ödənişli təşviqat apara bilərlər. Təbliğat-təşviqat kampaniyasının aparılmasında heç bir maneə yoxdur. Qanunvericiliyin tələbinə uyğun olaraq bütün şərait yaradılıb”.
banner

Oxşar Xəbərlər