• cümə, 29 Mart, 01:25
  • Baku Bakı 7°C

MSK İlqar Məmmədovun prezidentliyə namizədliyini təsdiq edib

27.08.13 14:34 3026
MSK İlqar Məmmədovun prezidentliyə namizədliyini təsdiq edib
Mərkəzi Seçki Komissiyası (MSK) “ReAL” hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.
APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova MSK-nın bu gün keçirilən iclasında deyib ki, İ.Məmmədovun namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədlər araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
İclasda o da bildirilib ki, “ReAL” hərəkatının sədri İlqar Eldar oğlu Məmmədov öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Yığıncaqda Xalid Zakir oğlu Bağırov İ.Məmmədovun səlahiyyətli nümayəndəsi kimi təsdiq olunub.
MSK bir daha tövsiyə edib ki, imzatoplama kampaniyası ilə bağlı məqamlar İ.Məmmədova şəxsən izah edilsin.
banner

Oxşar Xəbərlər