AZE | RUS | ENG |

MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirəyə çıxarılıb.
  
APA-nın məlumatına görə, iclasda İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.
 
Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
 
Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov və partiyanın icra katibinin müavini Mübariz Qurbanlı isə prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri olub.
  
YAP icra katibinin müavini Siyavuş Novruzov isə YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təsdiqlənib.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN