AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

MSK DSK-nın qərarını qüvvədə saxladı

MSK DSK-nın qərarını qüvvədə saxladı

Cəmiyyət
22 Fevral 2020, 18:30 698
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 30 saylı Suraxanı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.
MSK üzvü İlham Məmmədov bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb. O, dairə seçki komissiyasının qərarının qüvvədə saxlanmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.