• cümə axşamı, 25 aprel, 04:39
  • Baku Bakı 19°C

MSK-da MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüş keçirilib

25.09.16 14:58 980
MSK-da MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri ilə görüş keçirilib
Bu gün sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün Azərbaycanda səfərdə olanMDBParlamentlərarası Assambleyasının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının sədriMəzahir Pənahovla görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindənAPA-ya verilən məlumata görə, M. Pənahov MSK-nın beynəlxalq təşkilatlarla və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığa hər zaman xüsusi əhəmiyyət verdiyini bildirib.

Nümayəndə heyətinin üzvləri ümumxalq səsverməsi (referendum) ilə əlaqədar gerçəkləşdirilmiş layihələr və son hazırlıq işləri ilə maraqlanıblar. MSK sədri reallaşdırılmış genişmiqyaslı layihələr və referendumun azad, ədalətli və şəffaf keçirilməsi üçün atılmış addımlar barədə beynəlxalq müşahidəçiləri ətraflı məlumatlandırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər