• cümə axşamı, 25 aprel, 01:34
  • Baku Bakı 19°C

MSK bülletenlərin çapına başlayıb

22.11.18 12:22 343
MSK bülletenlərin çapına başlayıb
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin noyabrın 28-də keçiriləcək ikinci turu üçün seçki bülletenlərinin çapına başlayıb. Gürcüstan MSK-nın məlumatında ikinci turda 3705 seçki məntəqəsi üçün 3 milyon 278 min 450 bülletenin çap olunacağı qeyd edilib.
MSK-danAZƏRTAC-a bildiriblər ki, seçki bülletenləri etnik azlıqların dillərində da çap olunacaq. Belə ki, 209 seçki məntəqəsi gürcü-Azərbaycan, 4 seçki məntəqəsi üçün gürcü-Azərbaycan-erməni, 133 seçki məntəqəsi isə gürcü-erməni dillərində seçki bülletenləri ilə təmin olunacaq.
Gürcüstanda 3 milyon 528 min 658 seçici qeydiyyata alınıb.
Prezident seçkilərinin ikinci turunda iki namizəd – hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparacaq.
banner

Oxşar Xəbərlər