• cümə, 19 Aprel, 17:41
  • Baku Bakı 25°C

MÜSİAD Azərbaycan Təmsilçiliyi iş adamlarını iftar süfrəsində birləşdirdi

16.06.17 15:27 850
MÜSİAD Azərbaycan Təmsilçiliyi iş adamlarını iftar süfrəsində birləşdirdi
Müstəqil Sənaye və İş adamları Dərnəyinin Azərbaycan şöbəsi iş adamlarını iftar süfrəsində görüşdürüb.
"Boulevard” oteldə təşkil edilən iftar süfrəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral, Şimali Kipr Türk Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Ufuk Arca Turganer, MÜSİAD sədrinin müavinləri Ali Reis Topçu, Adnan Bostan, Kerim Altıntaş, ATİB rəisi Cemal Yangın, TUİB sədri Ali İhsan Genc eləcə də qardaş ölkədən və Azərbaycandan olan iş adamları iştirak ediblər.
Azərbaycan şöbəsinin icraçı katibi Muhterem Öz qonaqları salamladıqdan sonra çıxış üçün söz MÜSİAD-ın Azərbaycan şöbəsinin rəhbəri Abdurrahman Uzuna verildi.
Abdurrahman Uzun MÜSİAD-ın Azərbaycanda fəaliyyətə başlamasının zərurəti barədə məlumat verdi. Təmsilçiliyin rəhbəri qeyd etdi ki, MÜSİAD-ın dünyanın başqa ölkələrində qurduğu iş əlaqələri Azərbaycan üçün inanılmaz fürsətlər yaradacaqdır.
Türkiyədən bu toplantı üçün Bakıda səfərdə olan MÜSİAD sədrinin müavini Adnan Bostan göstərilən etimada görə, Azərbaycan prezidentinə təşəkkür edib.
Daha sonra isə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özaral da çıxış edərək, iki ölkə arasındakı işgüzar əlaqələrdən danışıb. O, Türkiyəni təmsil edən iş adamlarının qüsursuz xidmətlərini xüsusi qeyd edib.
Tədbirin sonunda MÜSİAD-ın 15 iyulda – çevrilişə cəhd zamanı, türk xalqının mübarizəsinə həsr etdiyi qısametrajlı sənədli flim nümayiş olundu.
banner

Oxşar Xəbərlər