• cümə axşamı, 25 aprel, 09:39
  • Baku Bakı 14°C

Mourinyonun stilinə öyrəşə bilmir

22.05.18 12:15 984
Mourinyonun stilinə öyrəşə bilmir
"Mançester Yunayted”in futbolçusu Aleksis Sançes komandadakı durumu barədə danışıb.
Kaspi.az xəbər verir ki, Sançes MY-yə və Joze Mourinyonun futbol fəlsəfəsinə adaptasiya olunmaqda çətinlik çəkdiyini etiraf edib. O, bəzi aspektlərdə inkişaf etməli olduğunu bildirib:
"Bəzi məqamlar var ki, inkişaf etməliyik. Mənə elə gəlir ki, MY-nin heyətində çıxış etdiyim hər bir oyunda adaptasiya problemi ilə üzləşdim.
Mənə Mourinyonun oyun stilinə adaptasiya olmaq çətindir. Ancaq eyni zamanda, bu müddət ərzində komanda yoldaşlarıma da alışdığımı deyə bilərəm.
MY bütün aspektlərdə inkişaf etməlidir. Biz böyük oyunlarla yanaşı, o qədər də əhəmiyyət kəsb etməyən qarşılaşmalara da köklənməliyik. Amma onu da deyim ki, mənim üçün əhəmiyyətsiz oyun yoxdur”.
Sançes MY-də cəmisi 2 qol vurub.
banner

Oxşar Xəbərlər