• çərşənbə, 24 Aprel, 16:05
  • Baku Bakı 27°C

Mourinyonun “məni açıq şəkildə müdafiə edin” tələbi

09.10.18 12:15 507
Mourinyonun “məni açıq şəkildə müdafiə edin” tələbi
Deyəsən, Joze Mourinyonu daha "Mançester Yunayted”dən qovulmaq təhlükəsi gözləmir.
Kaspi.az xəbər verir ki, MY-nin sahibi olan Qleyzerlər ailəsi portuqal mütəxəssisin tərəfini saxlayıb. İngiltərə mətbuatı isə iddia edirdi ki, "Nyukasl”la oyunun nəticəsindən asılı olmayaraq, Joze postundan qovulacaq. Guya bu barədə məlumatı oyundan əvvəl Mourinyoya mesajla klubun vitse-prezidenti Ed Vudvord göndərib.
Vudvordun Mourinyo ilə münasibətlərinin gərgin olduğu da bildirilir. Ancaq Qleyzerlər ailəsi portuqal mütəxəssislə yola davam etməyə üstünlük verib.
İngiltərə mətbuatı indi də iddia edir ki, portuqal mütəxəssi rəhbərlikdən açıq dəstək tələb edib. Ancaq Qleyzerlərin də ona açıq dəstək vermək niyyətində olmadığı vurğulanır.
Joze Mourinyonu MY-də Zinəddin Zidanın əvəz edəcəyi güman olunurdu. Amma fransız mütəxəssis açıqlama verərək, İngiltərədə işləmək niyyətində olmadığını bildirib.
banner

Oxşar Xəbərlər