• şənbə, 20 Aprel, 09:50
  • Baku Bakı 14°C

Mourinyonun cəriməsini azarkeşlər ödəyəcək

11.04.14 11:49 1266
Mourinyonun cəriməsini azarkeşlər ödəyəcək
"Çelsi"i baş məşqçisi Joze Mourinyoya kəsilən cəriməni azarkeşlər ödəyəcəklər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis "Aston Villa" ilə matçda meydançaya girərək hakimə etiraz etdiyi üçün İngiltərə Futbol Federasiyası tərəfindən 8 min funt-sterlinq məbləğində cərimə edilib.
Bu qərardan sonra London klubunun azarkeşləri həmin cəriməni ödəmək üçün kampaniya başlayıblar. Onlar aprel 13-ü, "Suonsi" ilə matça qədər 8 min funt sterlinq yığaraq Mourinyoya dəstək olacaq və pulu federasiyaya ödəyəcək.
banner

Oxşar Xəbərlər