Mourinyonun arzusu
"Mançester
Yunayted”in baş məşqçisi Joze Mourinyo gələcəkdə yığma komandaya rəhbərlik edə
bilər.
Kaspi.az xəbər
verir ki, Mourinyo nə vaxtsa mundialda iştirak edəcək yığma komandaya rəhbərlik
etmək istədiyini bildirib. O, hansı ölkənin yığmasına rəhbərlik etmək istədiyini
də açıqlayıb:
"Həmişə demişəm
ki, nə vaxtsa, heç olmasa bir mundialda iştirak etmək istəyirəm. Rusiyada
olandan sonra bu istək məndə daha da böyüdü.
Heç vaxt belə
qısamüddətli turnirin iştirakçısı olmamışam. Artıq Avropa və dünya
çempionatlarında iştirak edəcək komandaya rəhbərlik etmək istəyimi gizlətmirəm.
Əlbəttə, belə
turnirə öz ölkəmin yığması ilə qatılmaq istərdim. Yığma komandaya nə vaxt rəhbərlik
edəcəyimi bilmirəm. Ancaq bu, mütləq baş verəcək”.