• çərşənbə axşamı, 16 aprel, 13:35
  • Baku Bakı 19°C

Mourinyonun arzusu

12.07.18 12:15 738
Mourinyonun arzusu
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo gələcəkdə yığma komandaya rəhbərlik edə bilər.
Kaspi.az xəbər verir ki, Mourinyo nə vaxtsa mundialda iştirak edəcək yığma komandaya rəhbərlik etmək istədiyini bildirib. O, hansı ölkənin yığmasına rəhbərlik etmək istədiyini də açıqlayıb:
"Həmişə demişəm ki, nə vaxtsa, heç olmasa bir mundialda iştirak etmək istəyirəm. Rusiyada olandan sonra bu istək məndə daha da böyüdü.
Heç vaxt belə qısamüddətli turnirin iştirakçısı olmamışam. Artıq Avropa və dünya çempionatlarında iştirak edəcək komandaya rəhbərlik etmək istəyimi gizlətmirəm.
Əlbəttə, belə turnirə öz ölkəmin yığması ilə qatılmaq istərdim. Yığma komandaya nə vaxt rəhbərlik edəcəyimi bilmirəm. Ancaq bu, mütləq baş verəcək”.
banner

Oxşar Xəbərlər